XƏBƏRLƏR / Münaqişə

İsrailin Livana hücumları ABŞ-la danışıqları mənasız edir

Bu barədə İran Prezidenti Məsud Pezeşkian “X”-də yazıb

İsrailin Livana hücumları ABŞ-la danışıqları mənasız edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrailin Livana davamlı hücumları ABŞ rəhbərliyi ilə İslamabadda planlaşdırılan danışıqları mənasız edir.

    Bu barədə İran Prezidenti Məsud Pezeşkian “X”-də yazıb.

    Pezeşkian qeyd edib ki, İran əlini tətikdən çəkməyəcək.

    “Bu hücumları davam etdirmək danışıqları mənasız edəcək, əlimiz tətikdə qalacaq və İran heç vaxt livanlı bacı və qardaşlarını tək qoymayacaq”, - İran Prezidenti vurğulayıb.