İsrailin müdafiə naziri Elçin Quliyevlə də telefonla danışıb
Dövlət Sərhəd Xidmətinin rəisi Yoav Qallantı yeni vəzifəyə təyin olunması münasibəti ilə təbrik etmişdir
Fevral ayının 1-də Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və İsrailin müdafiə naziri Yoav Qallant arasında telefon danışığı baş tutmuşdur. Telefon əlaqəsi zamanı general-polkovnik Elçin Quliyev yeni vəzifəyə təyin olunması münasibəti ilə cənab Qallantı təbrik etmişdir.
Tərəflər mövcud əlaqələrin yüksək səviyyədə olmasını vurğulayaraq qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın perspektivlərini müzakirə etmiş, ölkələrimiz arasında təhlükəsizlik və sərhəd mühafizəsi sahəsində əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparmışlar.