XƏBƏRLƏR / Hərbi

İstanbulda "SAHA 2026" sərgisi keçirilir

Tədbirdə ölkəmizi müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir

İstanbulda "SAHA 2026" sərgisi keçirilir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyənin İstanbul şəhərində 5-ci “SAHA 2026” Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisi işə başlayıb.

    120-dən artıq ölkənin iştirakının gözlənildiyi sərgidə 263-ü beynəlxalq olmaqla 1700-dən çox şirkətin iştirakı nəzərdə tutulur. Tədbirə 200 mindən artıq ziyarətçi və 30 mindən çox sahə üzrə peşəkarın qatılması planlaşdırılır.

    Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

    İki ildən bir təşkil olunan sərgidə “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinə məxsus 75 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir.

    Tədbirdə dünyanın müxtəlif ölkələrinin silah və hərbi texnika, artilleriya və raket kompleksi, müasir atıcı silahlar, rabitə vasitələri, döyüş sursatları, zirehli texnika, təyyarələr, pilotsuz uçuş aparatları, sualtı qayıqlar, döyüş gəmiləri və digər vasitələri sərgilənir.

    Qeyd edək ki, sərgi çərçivəsində nazir V.Mustafayevin bir çox ölkələrin rəsmi şəxsləri və şirkət rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

    “SAHA 2026” sərgisi mayın 9-dək davam edəcək.