İstintaqın sonunadək Kreml Aktau qəzasına qiymət verməyəcək
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib
İstintaq yekunlaşana qədər Kreml Aktau yaxınlığında baş verən təyyarə qəzasına heç bir qiymət verməyəcək.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Təbii ki, gördük (Bakıdan gələn açıqlamaları), amma bir daha təkrar edirəm, artıq dediklərimə əlavə edəcəyim heç nə yoxdur."
O, Federal Hava Nəqliyyatı Agentliyindən Aktau yaxınlığında baş verən təyyarə qəzasının qiymətləndirilməsini gözləməyə çağırıb.