XƏBƏRLƏR / İctimaiyyət

İsveçdə vəfat edən Milli Qəhrəmanın nəşi Bakıya gətirilir

Diasporla İş üzrə Dövlət Komitəsi xəbər verir

İsveçdə vəfat edən Milli Qəhrəmanın nəşi Bakıya gətirilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Diasporla İş üzrə Dövlət Komitəsi İsveçin Malmö şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin cənazəsinin Vətənə gətirilməsi məsələsini nəzarətə götürüb.

    Bu barədə Dövlət Komitəsindən məlumat verilib.

    Bildirilib ki, hazırda cənazənin Azərbaycana gətirilməsi üçün sənədləşmə və digər texniki işlər görülür.

    “Məsələ ilə bağlı mərhumun ailə üzvləri ilə davamlı əlaqə saxlayırıq”, - Dövlət Komitəsindən bildirilib.