XƏBƏRLƏR / Hava

İtaliyada güclü külək və fırtına fəsadlar törədib

Küləyin sürəti saatda 170 kilometrə çatıb

İtaliyada güclü külək və fırtına fəsadlar törədib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İtaliya ərazisində hökm sürən əlverişsiz hava şəraiti fəsadlara səbəb olub.

    Şimal regionlarında güclü külək və fırtına ağacları avtomobillərin üzərinə və yollara aşırıb, binaların dam örtüklərini uçurub. Küləyin sürəti saatda 170 kilometrə çatıb.

    Mərkəz bölgələrdə leysan yağışları nəticəsində kiçik çaylar daşıb, evləri su basıb, yollar bağlanıb. Bəzi bölgələrə son sutka ərzində 150 millimetr yağıntı düşüb.

    İtaliyanın cənubundakı Siciliya adasında isə meşə yanğınları davam edir. Ötən gün ərzində adada irili-xırdalı ümumilikdə 25 yanğın baş verib.

    Oktyabrın 21-22-də yarımadanın şimal regionlarında narıncı, mərkəz və cənub bölgələrdə isə sarı təhlükə xəbərdarlığı elan olunub. Ölkə ərazisində əlverişsiz hava şəraitinin növbəti həftə ərzində də davam edəcəyi gözlənilir.