XƏBƏRLƏR / Mədəniyyət

İtaliyalı modelyer Roberto Kavalli vəfat edib

Modelyerin uzun sürən xəstəlikdən sonra Florensiyada dünyasını dəyişdiyi bildirilir

İtaliyalı modelyer Roberto Kavalli vəfat edib
Roberto Kavalli
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İtaliyalı modelyer Roberto Kavalli 83 yaşında vəfat edib. Bu barədə “La Repubblica” nəşri məlumat yayıb.

    Modelyerin uzun sürən xəstəlikdən sonra Florensiyada dünyasını dəyişdiyi bildirilir.

    Qeyd edək ki, Kavalli 1940-cı il noyabrın 15-də Florensiyada anadan olub. O, gənclik illərində parça və hazır məhsullar üzərində çap biznesini qurub. 30 yaşından etibarən isə öz brendi altında geyim kolleksiyalarını yaradıb. O, həmçinin "RC Menswear" brendini və gənc "Just Cavalli" xəttini yaradıb.

    2019-cu ildə "Roberto Cavalli" şirkəti Dubay investisiya şirkəti "DAMAC Properties"ə satılıb.