XƏBƏRLƏR / Mədəniyyət

Bir axşama dörd premyera

Premyeralar Üzeyir Hacıbəyli adına XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçiriləcək

Bir axşama dörd premyera
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Sentyabrın 22-də Üzeyir Hacıbəyli adına XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Dövlət Simfonik Orkestrinin konserti keçiriləcək.

    Yaradıcılıq mövqelərinə sadiq qalan maestro yenidən nadir ifa olunan əsərlərdən ibarət proqram hazırlayıb.

    Yalçın Adıgözəlov

    Bakı Filarmoniyasının səhnəsində Volfqanq Amadey Motsartın “Teatr direktoru” operasına uvertürası və skripka, alta və orkestr üçün “Simfoniya - Konçertante” ilk dəfə səsləndiriləcək. Solistlər - görkəmli avstriyalı skripkaçı Nora Romanoff - Şvartsberq və amerikalı skripkaçı Ellen Kim olacaq.

    Nora Romanoff

    İkinci hissədə görkəmli alman bəstəkarı, dirijoru və skripkaçısı Lui Şporun "Essonda" operasına uvertürası və çox nadir hallarda Kvartet və Orkestr üçün ifa olunan konserti təqdim olunacaq. Maraqlıdır ki, dövrünün ən nüfuzlu musiqiçilərindən biri, Robert Şumanın böyük həmkarı dirijor çübüğunu ilk dəfə istifadəyə verənlərdən olub.

    Cənubi Koreyanın məşhur “Kavatina Kvarteti” Bakıda konsert proqramı ilə çıxış etmək üçün dəvət olunub.