İtkin-şəhid Piriyev Rəşadət mayın 22-də dəfn ediləcək
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında bildirilib
Birinci Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında bildirilib.
Birinci Qarabağ müharibəsində hərbçi kimi iştirak etmiş Piriyev Rəşadət Əli oğlunun qalıqları mayın 22-də Bərdə rayonu, Yeni Daşkənd kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, R.Piriyev 1994-cü ildə Kəlbəcər rayonu Qızılqaya yüksəkliyində itkin düşüb.
1 dəqiqədən az