İtlərin parçaladığı uşağın vəziyyəti ağır olaraq qalır
Bu barədə Kliniki Tibbi Mərkəzdən bildirilib

Xəbər verdiyimiz kimi, ötən gün Qaradağ rayonunun Qobu qəsəbəsində sahibsiz it azyaşlıya hücum edib. Nəticədə 2014-cü il təvəllüdlü azyaşlı oğlan ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Dünən onun vəziyyətinin ağır olduğu bildirilirdi.
Azyaşlının anası Fatma Şahbazov hadisə ilə bağlı danışarkən qeyd edib ki, dostları ilə həyətdə oynadığı vaxt üç it oğluna hücum edib. O bildirib ki, it övladının bütün bədənini parçalayıb. Kliniki Tibbi Mərkəzdən bildiriblər ki, it parçalayan 9 yaşlı uşağın vəziyyəti ağır stabil olaraq qalır. Reanimasiyada müalicəsi davam etdirilir.