XƏBƏRLƏR / İctimaiyyət

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Bu hava şəraiti ilə əlaqədardır

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Paytaxtda hazırda müşahidə edilən yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

    Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” və “güclü külək” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.