İvanişvili ABŞ təmsilçisi ilə görüşdən imtina edib
ABŞ Dövlət katibinin köməkçisi Ceyms O`Brayen sabah Gürcüstandakı vəziyyətlə bağlı təcili Tbilisiyə gəlir

Hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının təsisçisi və onun fəxri sədri Bidzina İvanişvili mayın 14-də Tbilisiyə səfər edəcək ABŞ dövlət katibi Əntoni Blinkenin köməkçisi, köhnə tanışımız Ceyms O`Brayenlə görüşdən imtina edib. Bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze mətbuat konfransında bildirib.
“Bu tələb [O’Brien]-in Bidzina İvanişvili ilə görüşü ilə əlaqədar edilib, o, bundan imtina edib”, Kobaxidze bildirib.