XƏBƏRLƏR / Hava

İyulun 23-dək Azərbaycanda 41 dərəcə isti olacaq

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

İyulun 23-dək Azərbaycanda 41 dərəcə isti olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyulun 23-dək temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Qeyd olunub ki, ötən günlərdə olduğu kimi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-40°-yə yaxın, Naxçıvan MR-da, eyni zamanda Aran rayonlarında 36-40, bəzi yerlərdə 41° dərəcəyədək, dağlıq rayonlarda isə 33 dərəcəyədək isti olacağı gözlənilir.