XƏBƏRLƏR / İctimaiyyət

Jurnalist Əvəz Zeynallı vəfat edib

56 yaşlı Əvəz Zeynallı uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi

Jurnalist Əvəz Zeynallı vəfat edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Xural TV”nin rəhbəri, jurnalist Əvəz Zeynallı vəfat edib.

    Bu barədə vəkil Rəşad Vaqifoğlu feysbukda paylaşım edib. 

    Qeyd edək ki, 56 yaşlı Əvəz Zeynallı uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi.

    Xatırladaq ki, mərhum jurnalist 2024-cü ildə 8 il 10 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Xəstəliyi ilə əlaqədar olaraq vaxtından əvvəl azadlığa buraxılan Əvəz Zeynallı aylarla Türkiyədə müalicə alıb.

    Allah rəhmət eləsin!