Jurnalist Sərxan Kamallı dəfn olunub YENİLƏNİB / VİDEO
Onun ötən gün o, insult keçirmişdi

17:48
Bu gün səhər saatlarında dünyasını dəyişən jurnalist Sərxan Kamallı dəfn olunub.
O, doğulduğu Yevlax rayonunda torpağa tapşırılıb.
Mərhumun vida mərasimi Yevlax şəhərində keçirildikdən sonra onun cənazəsi rayonunun Qoyunbinəsi kənd qəbiristanlığında dəfn olunub.
Mərasimdə jurnalistin doğmaları, məsləkdaşları və rayon sakinləri iştirak edib.
Xatırladaq ki, 41 yaşlı jurnalist Sərxan Kamallı ötən gün səhər saatalrında insult səbəbilə Xətai Tibb Mərkəzin Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə və çoxsaylı tibbi müdaxilələrə baxmayaraq, bu gün səhər saatlarında beyindaxili qansızma, sol tərəfli hemiplegiya, baş-beyin ödemi, ağciyər ödemi səbəbindən dünyasını dəyişib.
Allah rəhmət eləsin!
***
09:54
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) jurnalistin ölümü ilə bağlı məlumat yayıb.
TƏBİB-dən verilən məlumata görə, 1983-cü il təvəllüdlü jurnalist Sərxan Kamallı 16.06.2024 tarixdə saat 06:25-də insult səbəbilə Xətai Tibb Mərkəzin Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.
Həkimlərin səylərinə və çoxsaylı tibbi müdaxilələrə baxmayaraq, 17.06.2024 07:15-də beyindaxili qansızma, sol tərəfli hemiplegiya, baş-beyin ödemi, ağciyər ödemi səbəbindən dünyasını dəyişib.
***
09:04
Jurnalist Sərxan Kamallı vəfat edib.
Bu barədə tanınmış jurnalistin yaxınları sosial şəbəkədə məlumat yayıb.
Onun ötən gün insult keçirməsi səbəbindən Xətai Tibb Mərkəzinə yerləşdirildiyi, komatoz vəziyyətdə olduğu bildirilirdi.
Qeyd edək ki, Sərxan Kamallı jurnalistika fəaliyyətinə 2008-ci ildə ANS-də başlayıb. Onun son iş yeri Baku TV-də redaktor vəzifəsi olub.