XƏBƏRLƏR / İctimaiyyət

Kahramanmaraş konteyner şəhərciyində Azərbaycan adları

39 küçəyə şəhidlərin və ən çox itki verən şəhərlərin adı verilib FOTO

Kahramanmaraş konteyner şəhərciyində Azərbaycan adları
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 2023-cü il fevralın 6-da baş vermiş zəlzələdən sonra Türkiyənin Kahramanmaraş vilayətində azərbaycanlı iş adamları tərəfindən salınan konteyner şəhərciyində bir sıra küçələrə Azərbaycan şəhərlərinin və şəhidlərinin adı verilib.

    Azərbaycanın bəzi qeyri-hökumət təşkilatlarının yaratdığı “Qardaş yardımı” platforması çərçivəsində Türkoğlu rayonundakı logistika mərkəzində 453 konteynerdən ibarət Azərbaycan-Türkiyə Qardaşlıq Müvəqqəti Sığınacaq Mərkəzi yaradılıb.

    Kondisionerdən çarpayıya, soyuducudan xalçaya qədər bütün əşyaların azərbaycanlı iş adamları tərəfindən təmin edildiyi və 1700 zəlzələ qurbanının yaşadığı mərkəzdə 39 küçəyə Azərbaycanla Ermənistan arasında gərginlik və müharibələr zamanı ən çox itki verən şəhərlərin adı verilib. 

    Küçələrin adları Mübariz İbrahimov, Murad Məmmədov, Elbrus Əhmədov kimi şəhidlərin, eləcə də Xocalı, Qarabağ, Laçın, Gəncə, Şuşa, Füzuli, Bərdə, Tərtər, Ağdam kimi şəhərlərin adlarını əbədiləşdirir.