Kahramanmaraşda "Azərbaycan Məhəlləsi"nin inşası sona çatır
Bu barədə layihə rəhbəri Cəmşid Əmirov bildirib
Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan Məhəlləsi"nin tikintisi bir neçə ay ərzində tam başa çatacaq.
Layihə rəhbəri Cəmşid Əmirov bildirib ki, zəlzələdən zərər çəkmiş Kahramanmaraşda "Azərbaycan Məhəlləsi"nin ümumi sahəsi 27,6 hektardır. Layihəyə 68 yaşayış binasında 1194 mənzilin, eləcə də ibtidai məktəbin, uşaq bağçasının və mədəniyyət mərkəzinin tikintisi daxildir.
1 dəqiqədən az