"Kanaki Sazişi" Fransadan tam müstəqilliyə çağırıb
Bu barədə Bakı Təşəbbüs Qrupu (BİG) məlumat verib
Bakı Təşəbbüs Qrupu: 3 fevral 2026-cı ildə Yeni Kaledoniyanın müstəqillik tərəfdarlarının əsas ittifaqı olan Kanak Sosialist Milli Azadlıq Cəbhəsi (FLNKS) ərazinin Fransadan tam müstəqilliyinə çağıran "Kanaki Sazişi" adlı sənəd təqdim etdi.
Məlumata görə, "Kanaki Sazişi" Fransa tərəfindən irəli sürülən və Yeni Kaledoniyanın siyasi gələcəyini uzun illərdir mövcud olan müstəmləkə status-kvosu çərçivəsində qorumağa yönəlmiş Bugeval Sazişinə cavabdır.
Bu saziş Fransanın Yeni Kaledoniya xalqının öz müqəddəratını təyin etmək hüququnu məhdudlaşdırmasını tənqid edən siyasi cavabdır. Bu sənəd həmçinin Yeni Kaledoniyada uzun illərdir mövcud olan müstəmləkə idarəetmə modelinin və institusional asılılığın qorunmasına qarşı aydın və prinsipial mövqe ifadə edir.
Qeyd etmək lazımdır ki, Kanak Sazişi 26 aprel 2025-ci ildə FLNKS tərəfindən Yeni Kaledoniyada təşkil edilən konqresdə qəbul edilib. Bu qurultay zamanı hərəkatın Fransada həbsdə olan lideri Kristian Teyn iştirakçıların diqqətini müstəqilliyin tərifinin yalnız konkret bir tarix və aydın siyasi yol xəritəsi əsasında verilməsinə yönəltdi.
1 dəqiqə