XƏBƏRLƏR / İctimaiyyət

Kanalda batan yeniyetmənin cəsədi tapıldı

FHN xəbər verir

Kanalda batan yeniyetmənin cəsədi tapıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” adlanan ərazisindən keçən hissəsində batan yeniyetmənin cəsədi tapılıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, aprelin 20-də sözügedən ərazidə batan 2011-ci il təvəllüdlü Əliyev İbrahim Samir oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.