XƏBƏRLƏR / Məhkəmə

Karen Matevosyan barədə həbs qətimkan tədbiri seçildi

"Telegram"da separatçılığı təbliğ edən Xankəndi sakini axtarışa verilib

Karen Matevosyan barədə həbs qətimkan tədbiri seçildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Baş Prokurorluq "Telegram"da separatçılığı təbliğ edən Xankəndi sakini barədə məlumat yayıb.

    Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, 1970-ci ildə Bakı şəhərində anadan olmuş, hazırda Azərbaycan Respublikasının Xankəndi şəhərində yaşayan Matevosyan Karen Eduardi avqustun 21-də "Telegram" və digər internet informasiya resurslarında rus dilində yayımlanmış videomüraciəti üzrə Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

    İş üzrə K.Matevosyan Cinayət Məcəlləsinin 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınması) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq axtarışa verilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda ibtidai istintaq davam etdirilir, nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.