XƏBƏRLƏR / Hərbi

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Müdafiə Nazirliyi xəbər verir

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyulun 20-si saat 22:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutub.

    Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.