Kəlbəcər Şəhər Günündən yaddaqalan görüntülər VİDEO

Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti təqdim edir

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamına uyğun olaraq hər il 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur. 

    İşğaldan azad edildikdən sonra ilk dəfə Şəhər Günü Kəlbəcər şəhərində baş tutub. Tədbir məkanı dağların ətəyində formalaşan yeni şəhərsalma mühiti ilə yanaşı, bölgənin mədəni və sosial potensialını əks etdirən müxtəlif stendlərlə zənginləşdirilib.

    Ziyarətçilərə Kəlbəcər balı, xalçaçılıq nümunələri, aşıq sənəti üzrə təqdimatlar nümayiş olunub. Bununla yanaşı, Kəlbəcər şəhər 1 saylı tam orta məktəbin şagirdlərinin çəkdiyi rəsmlər, həmçinin Birinci Qarabağ müharibəsindən əvvəl, müharibə illərində və Zəfərdən sonrakı mərhələyə aid fotoşəkillər sərgilənib. 

    Gün çərçivəsində bayram konserti təşkil olunub və axşam saatlarında atəşfəşanlıqla yekunlaşdırılıb.

    Tədbir Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilib.