Kəlbəcərə qayıdışın sevinci… VİDEO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi təqdim edir

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıdan yola salınan Kəlbəcər sakinlərinin doğma şəhərlərinə çatdığı anları əks etdirən videoçarx hazırlayıb.

    Bu barədə Komitədən məlumat verilib.

    "Mərhum kəlbəcərli şair Sücaətin məcburi köçkünlüyün ilk illərində yazdığı misralar bu gün necə də yerinə düşür: “Bir gün gülə-gülə qayıdacaqdır, ağlaya-ağlaya köçən Kəlbəcər!” Dağlar qoynunda dövlətimizin gücü ilə ən müasir üslubda yenidən tikilən bu şəhər otuz üç illik ayrılıqdan sonra öz sakinlərinin növbəti qrupunu qarşılayır. Onların sevinci, qüruru ölçüyəgəlməzdir…

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə hazırlanan videoçarxı təqdim edir. Videomaterial Bakıdan yola salınan Kəlbəcər sakinlərinin doğma şəhərlərinə çatdığı anları əks etdirir", - məlumatda qeyd olunub