XƏBƏRLƏR / Münaqişə

Kərəcin körpüsünə hücum olub

Ölənlər və yaralılar var

Kərəcin körpüsünə hücum olub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ ilə İsrailin İranın Kərəc B1 körpüsünə hücumu zamanı 8 nəfər ölüb, 95 mülki şəxs yaralanıb.

    Bu barədə İran mediasıi məlumat yayıb.

    "Əlborz vilayət rəhbərliyindən bildirilib ki, ABŞ ilə İsrailin Kərəcin B1 körpüsünə hücumundan sonra 8 nəfər ölüb, 95 dinc sakin yaralanıb",- məlumatda bildirilib.

    Qeyd olunub ki, ölən və yaralananlar yaxınlıqdakı kəndin sakinləri, yoldan keçən sərnişinlər və Təbiət Gününə görə bu əraziyə toplaşan insanlar olub.

    Bu, Yaxın Şərqin ən hündür körpüsü sayılır. Qeyd edilir ki, bu körpü Tehran, Kərəc və İranın qərb bölgələrini birləşdirən əsas marşrut üzərində yerləşir və ölkənin ən intensiv nəqliyyat dəhlizlərindən birində yükü azaltmaq məqsədi ilə inşa edilib. Körpü həm də İranın vacib kommunikasiya və logistika qovşaqlarından biri sayılır.

    CNN xəbər verir ki, İranın raket hücumları dalğaları Mərkəzi İsraili hədəfə alıb, beş nəfər yaralanıb.