Kərim Vəliyev Moskvada Birgə HHM Sistemini müzakirə edib
Moskvada MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib
Rusiya Federasiyasında səfərdə olan Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev noyabrın 12-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.
Tədbirdə hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı müzakirələr aparılıb.
MDB ölkələri Birgə Hava Hücumundan Müdafiə Sistemini təkmilləşdirmək qərarına gəliblər
Moskvada MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib. Avrasiya regionunda hərbi əməkdaşlığın inkişafı və sabitliyin möhkəmləndirilməsi perspektivləri müzakirə edilib. Bu il görülən işlərin nəticələrinə yekun vurulub, 2025-ci ildə 120-dən çox tədbirin keçirilməsi planlaşdırılır.
Bundan əlavə, birgə hərbi sistemlərin, xüsusilə də MDB-yə üzv dövlətlərin Vahid Dövlət Radar İdentifikasiyası Sisteminin, Vahid Hərbi Coğrafi İnformasiya Sisteminin və Vahid Hava Hücumundan Müdafiə Sisteminin təkmilləşdirilməsi ilə bağlı qərarlar qəbul edilib.
İclasda Ermənistan iştirak etməyib.