Kilsədə Milad mərasimi Azərbaycan dilində VİDEO

Azərbaycanın Pravoslav Xristian İcması hər il ənənəvi olaraq Milad bayramını qeyd edir

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Bakıdakı Rus Pravoslav Kilsəsində Milad mərasimi Azərbaycan dilində aparılıb.

    Azərbaycanın Pravoslav Xristian İcması hər il ənənəvi olaraq Milad bayramını qeyd edir. Azərbaycanda xristianlığın çox qədim tarixi var. Təsadüfi deyil ki, Qafqazdakı ilk xristian məbədləri məhz burada yaranıb. Bu torpaqda dünya dinləri əsrlər boyu insanlar arasında dostluq və qardaşlıq münasibətlərinin qurulmasında əvəzsiz rol oynamışdır. Azərbaycanda heç vaxt milli və dini dözümsüzlük halları baş verməyib. Digər konfessiyaların nümayəndələri kimi, Azərbaycan xristianları da cəmiyyətin tamhüquqlu üzvləridir, ölkə həyatında fəal iştirak edirlər.

    Azərbaycanda bir neçə pravoslav məbədi var.