XƏBƏRLƏR / Qonşular

Konstitusiya Məhkəməsi müxalifətin şikayətini qəbul edib

Ermənistan müxalifətinin 7 partiya və bloku keçirilən parlament seçkilərinin nəticələrini ləğv etəyi tələb edir

Konstitusiya Məhkəməsi müxalifətin şikayətini qəbul edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistan Respublikasının Konstitusiya Məhkəməsi Mərkəzi Seçki Komissiyasının 7 iyun 2026-cı il parlament seçkilərinin nəticələri ilə bağlı qərarına etiraz edən bir neçə siyasi qüvvənin apelyasiya şikayətlərini baxılmaq üçün qəbul edib.

    Bütün apelyasiyalar vahid icraatda birləşdirilib. Dinləmə 26 iyun saat 11:00-a təyin edilib.

    Konstitusiya Məhkəməsinin hakimi Edqar Şatiryan iş üzrə məruzəçi təyin edilib. Dinləmə şifahi olacaq.

    Beləliklə, Konstitusiya Məhkəməsi 21 iyun 2026-cı il tarixində iş iclasında "Güclü Ermənistan" bloku, "Birlik Qanadları", "Demokratiya, Hüquq, İntizam" Partiyası, "Çiçəklənən Ermənistan" Partiyası, "Respublika Naminə" Partiya, "Ermənistan" bloku və "Yeni Qüvvə" Partiyasının Ermənistan Respublikası Mərkəzi Seçki Komissiyasının 14 iyun 2026-cı il tarixli 259-A saylı "7 iyun 2026-cı il tarixində Ermənistan Respublikası Milli Məclisinə keçirilən növbəti seçkilərin nəticələrinin yekunlaşdırılması haqqında" qərarı ilə bağlı mübahisəyə dair ərizələri əsasında" işini baxılmaq üçün qəbul etdi.