XƏBƏRLƏR / Qonşular

İraqın Türkiyədəki konsulluğuna silahlı hücum olub

"Anadolu" agentliyi xəbər verir

İraqın Türkiyədəki konsulluğuna silahlı hücum olub
  • Oxuma müddəti:

    2 dəqiqə

  • İraqın Türkiyədəki konsulluğuna silahlı hücum olub, Motosikletlə gələn iki şübhəli Esentepe Məhəlləsində konsulluq binasına uzun lüləli silahlarla atəş açıb.

    Şübhəlilər hücumdan sonra motosikletə minərək hadisə yerindən qaçıb, hadisə nəticəsində xəsarət alan olmayıb.

    Əraziyə polis qrupları cəlb edilib. Onlar konsulluq binasının yerləşdiyi küçənin ətrafına təhlükəsizlik lenti çəkərək tədbir görüb.

    Qaçan şübhəlilərin tutulması üçün əməliyyat aparan polis qrupları hadisə yerində araşdırmalarını davam etdirir.

    Digər tərəfdən, Şişli rayon valisi Cevdet Ertürkmen hücumun baş verdiyi konsulluq binasına gələrək səlahiyyətlilərdən məlumat alıb. O, mətbuata verdiyi açıqlamada İraq Dövlətinin yanında olduqlarını bildirib.

    Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib ki, hələlik şəxsiyyətləri müəyyənləşməyən motosikletdə olan şəxslər axşam saatlarında İraqın İstanbuldakı Baş Konsulluğuna atəş açıblar. Keçeli verdiyi yazılı açıqlamada "Bu axşam motosikletli şəxslər İraqın İstanbul Baş Konsulluğuna atəş açıb. Hadisədə can və mal itkisi olmayıb" deyib.

    Keçeli lazımi araşdırmanın təhlükəsizlik bölmələri tərəfindən şəxsiyyəti müəyyənləşdirmə işlərinin aparıldığını, məsul şəxslərin məsuliyyətə cəlb ediləcəyini bildirib. O, İraq rəsmiləri ilə daim təmasda olduqlarını və İraqın Ankara, İstanbul və Qaziantepdəki diplomatik nümayəndəliklərinin təhlükəsizliyi üçün hər cür tədbirin görüldüyünü bildirib.

    Sözçü Keçeli "İraqlı qardaşlarımıza keçmiş olsun diləklərimizi çatdırırıq" ifadəsini işlədib.