XƏBƏRLƏR / Məhkəmə

Kosovo Azadlıq Ordusunun rəhbərlərinə hökm oxunub

Haşim Taçi və Yakup Krasniç özbaşına həbs və azadlıqdan məhrumetmə, eləcə də qətl kimi hərbi cinayətlər törətdiklərini təsdiqləyiblər

Kosovo Azadlıq Ordusunun rəhbərlərinə hökm oxunub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Haaqadakı Kosovo üzrə Xüsusi Palataların Məhkəmə Heyəti keçmiş Kosovo Azadlıq Ordusunun (KLA) rəhbərləri Haşim Taçi və Yakup Krasniçinin hərəsini 25 il həbs cəzasına məhkum edib.

    Məhkəmə Kollegiyasının sədri hakim Çarlz Smit bildirib ki, məhkəmə 1998–1999-cu illərdə Kosovo və Metoxiyada Kosovo Azadlıq Ordusunun (KLA) üzvlərinin qanunsuz və ya özbaşına həbs və azadlıqdan məhrumetmə, eləcə də qətl kimi hərbi cinayətlər törətdiyini təsdiqləyib.

    Hökm elan edilərkən hakim bildirib ki, təqdim olunan bütün sübutlar əsasında Məhkəmə Heyəti 1998-ci ilin aprelindən 1999-cu il iyunun 20-dək Kosovo Azadlıq Ordusunun üzvlərinin ən azı 385 nəfəri özbaşına azadlıqdan məhrum etdiyini müəyyən edib.

    Məhkəmə Heyəti müəyyən edib ki, 1998-ci ilin aprelindən 1999-cu il iyunun 20-dək 348 nəfər amansız rəftara məruz qalıb, onlardan 303 nəfərə isə işgəncə verilib.

    Kosovo, 1999-cu il

    Bununla belə məhkəmə qərara gəlib ki, KLA ilə o vaxtkı Yuqoslaviya Respublikası, yəni serb qüvvələri arasında qeyri-beynəlxalq silahlı münaqişə 1998-ci ilin martından 1999-cu il iyunun 20-nə qədər davam etdiyindən həmin dövrdən sonra sonra baş verənlər hərbi cinayət kimi tövsif edilməyəcək.