Krımda silah-sürsat anbarı və aerodrom partladılıb
Yaxın ərazidə yaşayan əhali təxliyə edilir
Krımın Rusiya “hakimiyyəti” Krasnoqvardeyski rayonunda PUA-nın hücumu nəticəsində silah-sürsat anbarı və aerodromun partladığını bildirir.
Krımın “rəhbəri” Sergey Aksyonov deyir ki, pilotsuz təyyarələr infrastruktur obyektlərinə hücum etməyə “cəhd edib”, lakin “mümkün nəticələri aradan qaldırmaq üçün” ordu artıq hazırdır.
Sosial şəbəkələrdə silah-sürsat ambarı və aerodromuna bir neçə pilotsuz təyyarənin gəlməsi, eləcə də sursatların partladılması barədə yazırlar.