Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) növbəti təlimlərinin Ermənistanda keçirilməsinin ləğvi ilə bağlı rəsmi İrəvandan bildiriş almayıb. Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, rəsmi İrəvan KTMT-yə "Sarsılmaz Qardaşlıq-2023” təlimləri ilə bağlı bildiriş göndərməyib. "Rəsmi İrəvan daha öncə təlimlərin Ermənistanda keçirilməsinin zəruriliyini təsdiqləyib, onlardan bildiriş yoxdur", - açıqlamada deyilir.
Qeyd edək ki, ötən gün Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında ölkəsinin KTMT təlimlərinə ev sahibliyi etməyəcəyini bəyan edib. O qeyd edib ki, Ermənistan hazırkı vəziyyətdə KTMT təlimlərinin keçirilməsini yersiz hesab edir.