XƏBƏRLƏR / Hava

Külək və yağış iyunun 24-ü axşamadək davam edəcək

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Külək və yağış iyunun 24-ü axşamadək davam edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Milli Hidrometeorologiya Xidmətinin iyunun 22-si saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.

    Xidmətdən verilən xəbərə görə, düşən yağıntının miqdarı Zaqatalada 26, Balakəndə 10, Tovuzda 9, Gədəbəydə 4, Qax (Sarıbaş), Şəki, Şahdağ, Daşkəsən, Mingəçevir, Şəmkir, Xınalıq, Oğuz, Qusar, Qrız, Şabran, Gəncə, Şahbuz, Naxçıvanda 3 mm-dir.

    Bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22, Culfada 20 m/s-dək güclənir.

    Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 35, Aran rayonlarında 36, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti qeydə alınır.

    Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 24-ü axşamadək davam edəcək.