XƏBƏRLƏR / Hava

Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib

Milli Hidrometeorologiya Xidməti ciddi xəbərdarlıq edir

Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyulun 6-sı axşamdan 8-i gündüzədək bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı və narıncı xəbərdarlıqlar verilib. 

    Xidmətdən verilən məlumata görə, sarı xəbərdarlığa uyğun olaraq Sədərək, Şərur, Kəngərli, Ağstafa, Qazax, Şəmkir, Tovuz, Samux, Gədəbəy, Bərdə, Tərtər, Göygöl, Ağdam, Yevlax, Mingəçevir, Ağcabədi, Balakən, Zaqatala, Şəki və Qaxda fasilələrlə Şərq küləyi əsəcək və sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək. 

    Narıncı xəbərdarlığa əsasən, Naxçıvan, Babək, Culfa, Şahbuz, Ordubad, Naftalan, Goranboy, Gəncə və Daşkəsəndə Şərq küləyinin əsəcəyi və sürətinin 20.8-28.4 metr/saniyə olacağı gözlənilir.