XƏBƏRLƏR / Hava

Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib

Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Oktyabrın 19-da Bakıda və Abşeron yarımadasında narıncı, bəzi bölgələrdə isə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

    Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 metr/saniyəyədək güclənəcək.

    Qazax, Tovuz, Gəncə, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Goranboy, Naftalan, Xızı, Şabran, Siyəzən, Xaçmaz, Quba, Qusar, Qobustan, Hacıqabul, Neftçala, Mingəçevir, Biləsuvar, Cəlilabad, Lerik və Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 metr/saniyə təşkil edəcək.