XƏBƏRLƏR / Hava

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Milli Hidrometeorologiya Xidməti yanvarın 4-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

    Xidmətdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Gəncə, Samux, Goranboy, Naftalan, Neftçala, Xızı, Mingəçevir, Oğuz, Şəki, Şamaxı, Qobustanda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.