Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Milli Hidrometeorologiya Xidməti xəbər verir
Milli Hidrometeorologiya Xidməti iyulun 7-8-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Xidmətdən bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan Muxtar Respublikasında, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şirvan, Qobustan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Neftçala, Salyan, Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Kəlbəcər, Laçın, Mingəçevir, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuzda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.
1 dəqiqədən az