XƏBƏRLƏR / Hava

Bəzi çaylardan sel keçəcək

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edib

Bəzi çaylardan sel keçəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İyulun 11-13-də Azərbaycanda müşahidə ediləcək hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, gecə və səhər arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

    Azərbaycanın rayonlarında iyulun 11-13-də bəzi dağlıq və dağətəyi rayonlarda əsasən gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi 15-18 m/s, bəzi yerlərdə arabir 20-23 m/s-dək güclənəcək.

    Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.