Azərbaycanda sentyabrın 28-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, şimal-şərq küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 15-19°, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi 766 millimetr civə sütunundan 769 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz təşkil edəcək.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər duman olacağı, şərq küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 11-16°, gündüz 22-27° isti olacaq.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy və Göygölün bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11°, gündüz 16-21° isti olacağı proqnozlaşdırılıb.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11°, gündüz 17-22° isti olacağı güman edilir.
Gəncə, Qazax, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz və Naftalanda hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər arabir duman olacağı, şərq küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 14-18°, gündüz 22-26° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusarda hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 18-23° isti, dağlarda gecə 5-10°, gündüz 12-17° isti olacağı proqnozlaşdırılıb.
Mingəçevir, Şirvan, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Hacıqabul, Zərdab, Salyan və Neftçalada hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər bəzi şərq rayonlarında duman və çiskin olacağı güman edilir. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 14-18°, gündüz 22-27° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar və Cəlilabadın bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 15-18°, gündüz 20-25° isti, dağlarda gecə 11-14°, gündüz 15-18° isti olacağı proqnoz edilib.