XƏBƏRLƏR / Hava

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq verilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Milli Hidrometeorologiya Xidməti oktyabrın 13-ü axşamdan 14-ü səhərədək Bakıda və Abşeron yarımadasında, 13-dən 14-ü səhərədək isə əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

    Xidmətdən verilən xəbərə görə, Bərdə, Tərtər, Mingəçevir, Daşkəsən, Goranboy, Naftalan və Ağdamda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

    Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.