XƏBƏRLƏR / Hava

Sabah Azərbaycanda 23 dərəcə isti olacaq

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

Sabah Azərbaycanda 23 dərəcə isti olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Martın 12-də ölkə ərazisində 23 dərəcə isti olacaq. 

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

    Bildirilib ki,  Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 18-23° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti olacaq.