Kür-Bakı magistral su kəmərində qəza baş verib
Məlumat "Azərsu" ASC-dən verilib
Kür-Bakı magistral su kəmərində qəza baş verib. Su kəmərində baş vermiş qəza ilə əlaqədar Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.
"Azərsu" ASC-dən verilən məlumata görə, əraziyə qəza briqadları və xüsusi texnika cəlb olunub.