XƏBƏRLƏR / İctimaiyyət

Balakəndə yol qəzasında 3 nəfər ölüb YENİLƏNİB

Hadisə səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunda, Balakənin Katex kəndi ərazisindən keçən hissəsində baş verib

Balakəndə yol qəzasında 3 nəfər ölüb YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 11:18

    Balakəndə zəncirvari qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.

    Hadisə zamanı "Hyundai" markalı avtomobilin sürücüsü Hoorsova Məryəm Kamil qızı, "Toyota" markalı avtomobilin sürücüsü Mütəllibov Rəşad Yaşar oğlu və sərnişini Məmmədova Pərvanə Zahid qızı ölüb.

    Qəza zamanı "Toyota"nın sərnişini Mütəllibov Yaşar Mahamarəsul oğlu və "Hyundai" markalı avtomobilin sərnişini Soltanov Şərif Siracəddin oğlu xəsarət alıb.

    Faktla bağlı araşdırmalar aparılır.


    ***

    10:21

    Balakəndə baş verən yol qəzasında üç nəfər ölüb.

    Qəza zamanı üç nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

    Ölənlərdən birinin "Toyota"da olan sərnişin, Balakən sakini Rəşad Mütəllibov və "Hyundai"nin sürücüsü Katex kənd sakini Məryəm Hoorsova olduğu bildirilir.