“SOCAR Energy Ukraine” ukraynalılara yardım əlini uzadıb
Rusiyanın təcavüzü nəticəsində Ukraynanın dinc sakinləri sadə məişət imkanlarından məhrumdurlar
Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine” elektrik enerjisisiz qalan ukraynalılara yardım əlini uzadıb.
Şirkətin Facebook postunda deyilir:
“Bizim bütün yanacaqdoldurma məntəqələrimiz generatorlar sayəsində elektrik enerjisinə malikdir.
Bu o deməkdir ki, 24/7 isti yemək və içkilər, qadcetləri doldurmaq, internetə daxil olmaq və nağd pul çıxarmaq imkanı var”.