XƏBƏRLƏR / Hava

Kür və Arazda sululuq artacaq, subasma halları ehtimalı var

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edib

Kür və Arazda sululuq artacaq, subasma halları ehtimalı var
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bakıda və Abşeron yarımadasında iyunun 27-si axşamdan 28-i səhərədək gözlənilən yağış leysan xarakterli intensiv olacaq, şimşək çaxacaq.

    Milli Hidrometeorologiya Xidmətinin yaydığı növbəti xəbərdarlığa görə, gecə saatlarında yağışın qısa müddətə güclənəcəyi ehtimalı var.

    Qeyd olunub ki, iyunun 28-də havanın nisbətən sərin keçəcəyi gözlənilir.

    Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraitinin iyunun 28-i axşamadək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

    Çaylarda, o cümlədən Kür, Araz və Qanıx çaylarında sululuğun artacağı, bəzi dağ çaylarında isə qısamüddətli daşqın və sel hadisələrinin baş verəcəyi, eyni zamanda bəzi həssas ərazilərdə subasma halları ehtimal olunur.