XƏBƏRLƏR / Hava

Şahdağa qar yağıb

Faktiki hava

Şahdağa qar yağıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Oktyabrın 26-sı saat 10:00-a olan faktiki hava açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 26-sı saat 10:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə şimal-qərb rayonlarından başlayaraq arabir yağış, Şahdağda isə qar yağıb.

    Qar örtüyünün hündürlüyü Şahdağda 2 sm təşkil edir.

    Düşən yağıntının miqdarı Qəbələdə 6 mm, Şabran, Quba, Şəkidə 4 mm, Xaçmaz, Qusar, Oğuzda 2 mm, Qax, Daşkəsən, Balakən, Zaqatala, Şahdağda 1 mm-dək olub.

    Şimal-qərb küləyi arabir Şəkidə 15 m/s-dək güclənib.

    Sumqayıt, Quba, Qusar, Qrız, Xaltan, Altıağacda duman müşahidə olunub.

    Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12-14, Naxçıvan MR-da 2-7 dərəcə isti, Aran rayonlarında 8-13 dərəcəyədək isti, dağlıq ərazilərdə isə 3 dərəcəyədək şaxta qeydə alınıb.