XƏBƏRLƏR / Ekologiya

Kürdə suyun səviyyəsi artıb

Milli Hidrometeorologiya Xidmətinin məlumatı

Kürdə suyun səviyyəsi artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Böyük Qafqaz ərazisindən axan Əyriçayda 3 sm, Qudiyalçayda 2 sm, Kür çayının aşağı axınında Kür-Surrada 3 sm, Kür-Bankədə 2 sm, Araz çayının yuxarı axınında isə 37 sm artım qeydə alınıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, bu barədə avtomat hidroloji stansiyaların mayın 31-i saat 10:00-a olan məlumatında qeyd edilib.

    Bildirilib ki, Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 23 sm artıb, su sərfi 505 m3/san olmaqla normanın 73%-ni təşkil edir.