Qayıdış

Laçın Hava Limanına beynəlxalq status verildi

Baş nazir müvafiq qərar imzalayıb

Laçın Hava Limanına beynəlxalq status verildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Laçın Hava Limanına beynəlxalq status verilib.

    Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. 

    Azərbaycan Xarici İşlər Nazirliyinə müvafiq məlumatların beynəlxalq təşkilatlara göndərilməsi tapşırılıb.

    Qərar imzalandığı gündən qüvvəyə minir.