Qayıdış

Laçına qayıdan sakinlərin sayı açıqlanıb

Bu barədə Laçındakı xüsusi nümayəndəliyin rəsmisi Hüseyn Quliyev məlumat verib

Laçına qayıdan sakinlərin sayı açıqlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Laçında dünən də daxil olmaqla 3 153 nəfər məskunlaşıb.

    Bu barədə Laçındakı xüsusi nümayəndəliyin rəsmisi Hüseyn Quliyev məlumat verib.

    Onun sözlərinə görə, ümumilikdə isə şəhərə gəlib-getmək üçün 8 minə yaxın şəxsə elektron portalda icazə verilib.

    Məlumata görə, 30-31 mayda Bəylik kəndinə sakinlərin növbəti köçü başa çatacaq.

    H.Quliyev əlavə edib ki, hazırda Laçının gələcək inkişaf planında travmay xətti, kanat yolu, o cümlədən turistlərin bura səfəri üçün müxtəlif təyinatlı opbyektlərin tikilməsi planlaşdırılır:

    "Eyni zamanda Laçında Həkəri bulvarı mövcuddur. Onun uzunluğu 2 kilometrə çatır".