XƏBƏRLƏR / İctimaiyyət

Laçında 2,6 ton çətənə məhv edildi

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib

Laçında 2,6 ton çətənə məhv edildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Laçında 2,6 ton çətənə məhv edilib.

    Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonunun Şeylanlı kəndinin ərazisində çətənə bitkiləri aşkar edilib.

    Yabanı halda bitən ümumilikdə, çəkisi 2 ton 620 kiloqram olan 8400 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.