Laçında “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzi açılıb FOTO
Bu barədə “Bakı Abadlıq Xidməti”ndən xəbər veriblər
Laçın şəhərində “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzinin açılışı olub.
Hələ qədimdən Laçın sənətkarlarının əl işləri ilə də tanınırdı. Məhz bu amil nəzərə alınaraq, Laçında belə bir mərkəz yaradılıb.
Mərkəzdə bir vaxtlar Laçında hazırlanan müxtəlif əl işləri yenidən ərsəyə gətiriləcək, həm də sakinlər iş yerləri ilə təmin olunacaqlar.
Açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov, “Bakı Abadlıq Xidməti” MMC-nin, “Laçın Abadlıq Xidməti” ASC-nin və digər qurumların əməkdaşları iştirak ediblər.
Mərasim iştirakçıları mərkəzdə yaradılan şəraitlə tanış olublar.